PDF Oxu

Dünya

  • 14

ABŞ qırıcıları Pakistanda 12 silahlını məhv edib

ABŞ qırıcıları Pakistanda 12 silahlını məhv edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 25-də ABŞ-ın pilotsuz təyyarələri Pakistanın şimali-qərbində terrorçuların mövqelərinə endirdikləri iki raket zərbəsi nəticəsində 12 silahlını məhv etmişlər.
İlk zərbə Cənubi Vəziristan əyalətindəki sərhədyanı Şaktoy kəndinə endirilmişdir. Hədəfə dörd raket zərbəsi endirilmişdir. Nəticədə 5 silahlı məhv edilmiş, 4 nəfər yaralanmışdır. İkinci zərbə iyulun 25-də birinci zərbədən bir müddət sonra Şimali Vəziristan əyalətinin Miranşah şəhəri yaxınlığında yerləşən Taypi kəndinə endirilmişdir. Bu kəndə səmadan iki raket buraxılmışdır. Nəticədə 7 silahlı da olmuşdur.
İyulun 24-də Cənubi Vəziristanda terrorçular tərəfində vuruşan xarici ölkə silahlılarının sığıncağı məhv edilmişdir. Nəticədə, 16 silahlı məhv edilmişdir. Onların arasında yerli terrorçu qruplaşmaların üzvləri ilə yanaşı, xarici ölkə vətəndaşları öldürülmüşdür.
"Sku Nyus" agentliyinin məlumatına görə, iyulun 24-də "Taliban" hərəkatı döyüşçüləri Əfqanıstanın şərqində 2 ABŞ hərbi qulluqçusunu girov götürmüşlər. NATO-nun koalisiya qüvvələrinin tərkibində xidmət edən hərbçilər cümə günü Kabuldakı hərbi hissələrini tərk etdikdən sonra, itkin düşmüşlər. İyulun əvvəllərindən Əfqanıstanda 52 ABŞ hərbi qulluqçusu öldürülmüşdür.

Digər xəbərlər