PDF Oxu

Dünya

  • 13

Kolumbiyada 300 nəfər işıqsız qalıb

Kolumbiyada 300 nəfər işıqsız qalıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Kolumbiya dairəsində baş vermiş tufan 293 nəfərdən çox adamın elektrik enerjisindən məhrum olmasına səbəb olacaqdır. Energetika kompaniyasının mətbuat xidmətinin katibi Rerso Kley Anderson faktın doğruluğunu təsdiq etmişdir. Onun dediyinə görə, güclü tufan regiondakı elektrik xətlərini qırmış və elektrik ötürücələrini sıradan çıxarmışdır. R.K.Andersonun dediyinə görə, əhaliyə nə vaxt işığın verilməsini əvvəlcədən demək qeyri-mümkündür. ABŞ milli meteoroloji xidmətinin məlumatına görə, tufan xeyli yaşayış binasını dağıtmışdır. Merilend ştatının Şahzadə Corc dairəsinin yanğınsöndürmə xidmətinin katibi Mark Bredinin dediyinə görə, Beltsivill şəhərində mikroavtobusun üzərinə yıxılan ağac bir qadının ölümünə, ikincinin isə yaralanmasına səbəb olmuşdur.

Digər xəbərlər