PDF Oxu

Dünya

  • 10

Afrika "Əl-Kaidə"si Fransa vətəndaşını edam edib

Afrika "Əl-Kaidə"si Fransa vətəndaşını edam edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "İslam Məğribində əl-Kaidə Təşkilatı" silahlıları girov götürdükləri Fransa vətəndaşını edam ediblər. İyunun 25-də qruplaşma başçısı Əbu Musab Abdul Vadud bu bəyanatı "Əl-Cəzirə" telekanalına verdiyi audiomüraciətində yaymışdır. Audiomüraciətdə deyilir ki, 78 yaşlı Fransa vətəndaşı Mişel Jermandonu yaxın günlərdə Saxara səhrasında keçirilən hərbi əməliyyatlar nəticəsində öldürülən həmkarlarının intiqamını almaq məqsədilə edam edilmişdir. Abdul Vadudun dediyinə görə, fransalı iyulun 24-də qətlə yetirilmişdir. Fransa prezidenti Nikolya Sarkozi bu məsələ ilə əlaqədar fövqəladə yığıncaq keçirmişdir. Yığıncaqda ölkənin müdafiə və təhlükəsizlik məsələləri üzrə müşavirləri iştirak edəcəklər. Fransa vətəndaşı Mişel Jermando cari ilin 19 aprelində Nigerdə girov götürülmüşdür. "İslam Məğribində əl-Kaidə Təşkilatı" girov götürülmüş şəxsi o şərtlə azadlığa buraxmaq razılığı vermişdi ki, Fransa hökuməti qruplaşmanın Mali həbsxanasında saxlanılan fəallarını azadlığa buraxsın. Təşkilat liderləri iyulun 11-də Fransa hökumətinin tələblərini yerinə yetirmək üçün 15 günü qaldığını bəyan etmişdilər. İyulun 22-də Fransanın 20-dən 30-dək hərbçisi Mavritaniya hərbi qulluqçuları ilə birlikdə girovun azad edilməsi yönündə xüsusi hərbi əməliyyat keçirmişdilər. Onlar qruplaşmanın Mali ərazisindəki düşərgələrindən birinə hücum etmişdilər. Əməliyyat nəticəsində 6 silahlı məhv edilmişdi. Ancaq girov götürülmüş M.Jermando düşərgədə aşkar edilməmişdi. 2009-cu ilin noyabrında "İslam Məğribində əl-Kaidə Təşkilatı" Fransa vətəndaşı Pyer Kamattanı girov götürmüşdü. Mali hökuməti girovun əvəzində təşkilatın 4 silahlısını azadlığa buraxmağa razılıq vermişdi. Qarşılıqlı razılaşma nəticəsində cari ilin fevralında P.Kamatta azadlığa buraxılmışdır.

Digər xəbərlər