PDF Oxu

Dünya

  • 8

Venesuela Kolumbiya ilə diplomatik münasibətləri pozub

Venesuela Kolumbiya ilə diplomatik münasibətləri pozub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves Kolumbiya ilə diplomatik münasibətləri dayandırdığı haqda bəyanat vermişdir.
O, prezident sarayında jurnalistlərə verdiyi mətbuat konfransında demişdir: "Mən ürək ağrısı ilə bəyan edirəm ki, bu andan etibarən Venesuela Kolumbiya hökuməti ilə bütün münasibətləri dayandırır."
Bu ölkələr arasında diplomatik münasibətlərin pozulmasının səbəbi Boqotanın verdiyi bəyanatla bağlı olmuşdur. Kolumbiya hökuməti Karakasın sol radikal Kolumbiya silahlılarını gizlətdiyini bildirmişdi. Belə bir məlumat verilirdi ki, Venesuela ərazisində sol radikalların beş lideri və Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin dörd yüksək vəzifəli üzvü gizlədilir. Bu qruplaşmalar ABŞ və Avropa Birliyi tərəfindən terrorçu təşkilatlar kimi tanınır.
İyulun 16-da Karakas Boqotadakı səfirini geri çağırmışdır. İyulun 22-də Kolumbiya hökuməti analoji cavab addımını atmışdır. Kolumbiya hökuməti yaxın vaxtlarda Amerika Dövlətləri Təşkilatının keçirəcəyi yığıncaqda Venesuela əleyhinə olan sübutları təqdim edəcəkdir.
Venesuela və Kolumbiya arasında diplomatik münasibətlər 2009-cu ildə Karakasın təşəbbüsü ilə pozulmuşdur.

Digər xəbərlər