PDF Oxu

Dünya

  • 13

Baden-Vyurtemberq əhalisinin yarısı İsveçrə ilə birləşməyin lehinədir

Baden-Vyurtemberq əhalisinin yarısı İsveçrə ilə birləşməyin lehinədir
İsveçrədə nəşr edilən "Welt" qəzetinin yazdığına görə, Baden-Vyurtemberq sakinlərinin az qala yarısı (48 faizi) onların ərazisi ilə həmsərhəd olan İsveçrənin tərkibinə daxil olmağa hazırdır. "Welt" qəzeti bu məlumatı İsveçrənin "Weltwoche" nəşrinin keçirdiyi rəy sorğusundan götürmüşdür. İsveçrə respondetlərini hər şeydən çox verginin aşağı olması və aşkar demokratiya maraqlandırır. Qəzetin yazdığına görə, Baden-Vyurtemberq də Bavariya və Gessen kimi Almaniya Federativ Respublikasının federal büdcəsinə daxil olan başlıca maliyyə qaynağı olan bölgədir. Bu torpaq ərazisində ümumdünya səviyyəli "Daimler", "Bosch", "SAP" kimi böyük kompaniyalar fəaliyyət göstərir. Baden-Vyurtemberq həm də patentli səmərəli təklif irəli sürən mütəxəssislərinə görə də ad qazanmışdır. Bir vaxt Karl Bents ilk avtomobili, Fridrix Xammerer kibriti, Vilhelm Şikkard ilk mexaniki kalkulyatoru, Ernst Xenkel ilk reaktiv təyyarəni məhz bu torpaqda patentləşdirmişdir. Elektrik mişarı, hərəkət edən oyuncaqlar, dübellər və qülləli kranlar məhz burada yaradılmışdır. Tanınmış adamlardan Hegel, Şellinq, Kepler, Eynşteyn, Gesse, Brext və Xaydegger bu torpaqda doğulmuşdur. Baden-Vyurtemberq əhalisi heç vaxt özünü əsl Almaniya vətənpərvərləri hesab etməmişdir. XIX əsrin əvvəllərində onlar Napaleonun tərəfinə keçmiş, əsrin ortalarında isə Prussiya əleyhinə müharibə aparan Avstriyanın tərəfinə keçmişlər. Baxmayaraq ki, onlar 1871-ci ildə Bismark tərəfindən yaradılmış Almaniya imperiyasının (İkinci Reyxin) tərkibinə daxil olmuşdular. Ancaq bu addımı könülsüz atmışdılar.

Digər xəbərlər