PDF Oxu

Dünya

  • 12

Qazaxıstanda məhbuslar öz qarınlarını doğrayıblar

Qazaxıstanda məhbuslar öz qarınlarını doğrayıblar
Qazaxıstan televiziyasının "7 kanal"ının məlumatına görə, Qazaxıstan koloniyalarından birində 10-larla məhbus soyuq silahlarla öz qarınlarını doğramışlar. "Azattık" radiosunun məlumatına görə, məhbuslar bu addımı həbsxanada mövcud olan qəddarlığa etiraz əlaməti olaraq atmışlar. İnsident Şimali Qazaxıstandakı ES-164/4 koloniyasında baş vermişdir. "7 kanal" özünə qəsd edən məhbusların 26 nəfər olduğunu bildirir. "Qazaxıstan Today" agentliyi isə 30 məhbusun bədən xəsarəti aldığını bəyan edir. Qazaxıstan Ədliyyə Nazirliyinin məlumatına görə, bədən xəsarətlərinin əksəriyyəti yüngüldür. Xəstəxanalara 13 məhbus aparılmışdır. İyulun 22-nə olan məlumata görə, yaralanlardan 7 nəfəri xəstəxanaları tərk etmişdir. Ədliyyə Nazirliyinin nümayəndəsi Yerbolat Yerimbetin dediyinə görə, məhbuslar qapalı müəssisədəki şəraitdən narazı olmuşlar. Məhbuslardan birinin anasının "Azattık" radiosuna verdiyi məlumata görə, məhbuslar kobud rəftara qarşı öz etiraz səslərini qaldırmışlar.

Digər xəbərlər