PDF Oxu

Dünya

  • 12

Ayətullah Xameneyi müsəlmaları Amerika terrorçuluğuna qarşı müharibəyə çağırıb

Ayətullah Xameneyi müsəlmaları Amerika terrorçuluğuna qarşı müharibəyə çağırıb
"Teleqraf" qəzetinin yazdığına görə, İranın ali dini lideri ayətullah Əli Xameneyi özünün telemüraciətində xalqı iyulun 15-də Zahedanda törədilən terror aktında barmağı olan ABŞ və Böyük Britaniya əleyhinə mübarizəyə çağırmışdır. Məlum olduğu kimi, həmin gün 28 nəfər həlak olmuşdu. Ə.Xameneyi ABŞ və Böyük Britaniya siyasətini Şərqdə "kor və ağılasığmaz terrorizm" əməlləri törətməkdə ittiham etmişdir. O, bütün müsəlmanları "sülhü korlayan və Allaha qarşı mübarizə aparan" bu dövlətlər əleyhinə qalxmağa çağırmışdır. İyulun 15-də İranın cənubi-şərqində yerləşən Zahidan şəhərinin məscidində partlayış törədən terrorçuları A.Xameneyi "xarici kəşfiyyatın dəstəyindən yararlanan yolunu azmış fanatik-vəhhabilər" adlandırmışdır. "Candallah" terrorçu qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürmüşdür. Bu terrorçu təşkilat şiələr arasında azlıq təşkil edən sünnilərin hüquqlarını qoruyur. İranın hakimiyyət dairələri dəfələrlə "Candallah"ı Əfqanıstan və Pakistanda dislokasiya olunmuş Amerika ordusunun dəstəyinə arxalanmaqda ittiham etmişdir. "Candallah" törətmiş olduğu terror aktının liderləri Əbdülmalik Riqinin edamına cavab olduğunu bildirmişlər.

Digər xəbərlər