PDF Oxu

Dünya

  • 12

Rusiya 12 milyard dollar borcu Əfqanıstana bağışlayıb

Rusiya 12 milyard dollar borcu Əfqanıstana bağışlayıb
"Praym-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya 12 milyard dollar məbləğində borcu Əfqanıstana bağışlamışdır. Bu bəyanatla Kabulda keçirilən beynəlxalq konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış etmişdir. S.Lavrov demişdir ki, cari ildə Rusiya Əfqanıstanın borclu olduğu 891 milyon dolları silmişdir. Rusiya Əfqanıstana humanitar yardım göstərməyi də davam etdirir. Yaxın vaxtlarda Rusiya Əfqanıstana BMT-nin Ümumdünya Ərzaq Proqramı Fondu çərçivəsində 5 milyon dollar məbləğində un göndərmişdir. 2007-ci ildə Rusiya Əfqanıstanla aparadığı danışıqlarda bu ölkənin Sovet İttifaqına olan borclarını hamısının silinməsi haqda razılığa gəlmişdir. Həmin vaxt Əfqanıstanın 11 milyard dollar borcu var idi. Cari ilin martında Parisin Kreditlər Klubu da Əfqanıstanın bütün borclarını bağışlamışdır. Borcun ümumi məbləği bir milyard dollardan artıq idi.

Digər xəbərlər