PDF Oxu

Dünya

  • 6

Kürd silahlıları 6 türk əsgərini qətlə yetirib

Kürd silahlıları 6 türk əsgərini qətlə yetirib
"F rans Press" informasiya agentliyinin yaydığı məlumata görə, bazar ertəsindən çərşənbə axşamına keçən gecə İraq sərhədi yaxınlığında altı türk əsgəri kürd separatçılarının hücumu nəticəsində qətlə yetirilmişdir. 15 nəfər əsgər müxtəlif bədən xəsarəti almışdır. "BBC Nyus" agentliyinin məlumatına görə, Kürdüstan Fəhlə Partiyası (PKK) silahlıları avtomat və qumbaraatanlarla silahlanaraq, Türkiyənin cənubi-şərq Hakkari əyalətində yerləşən hərbi hissəyə hücum etmişlər. Agentliyin məlumatına görə, cavab atəşi ilə bir kürd silahlısı öldürülüb, qalanları isə aradan çıxmağa müvəffəq olmuşlar. Hökumət qoşunları vertolyotların dəstəyi ilə ərazidə hərbi əməliyyat keçirir. PKK silahlıları bu ilin mayında, həbsxanada olan Abdulla Öcəlanın vəkili vasitəsi ilə Ankara ilə sülh danışıqlarına ümidli olduğunu bəyan etdikdən sonra, silahlı hücuma keçmişlər. Türkiyə hökuməti PKK-nı terrorçu təşiklat hesab etdiyi üçün onunla heç bir danışıqlara girmək istəmir. Son illərdə Türkiyə hökuməti kürd əhalisinə münasibətdə müəyyən güzəştlərə getmişdir. Hökumət ölkənin cənubi-şərqində yaşayan kürdələrə maliyyə dəstəyini artırmış və televiziyada kürd dilindən istifadəyə icazə vermişdir. Buna baxmayaraq, kürd separatçılarının narazılıqları get-gedə artmaqdadır. Türkiyə ordusu silahlıların cəmləşdikləri yerlərdə genişmiqyaslı hərbi əməliyyatlar aparır.

Digər xəbərlər