PDF Oxu

Dünya

  • 7

Terrorçuluğa qarşı mübarizə ABŞ-a Vyetnam kampaniyasından baha başa gəlib

Terrorçuluğa qarşı mübarizə ABŞ-a Vyetnam kampaniyasından baha başa gəlib
11 sentyabr 2001-ci il terror aktlarından sonra, ABŞ-da hərbi xərclər trilyon dollardan artıq olmuşdur. ABŞ Konqresinin xahişi ilə bu cür məruzə ilə çıxış edən müəlliflər bu nəticəyə gəlmişlər. Məruzənin mətni iyulun 19-da dərc edilmişdir. Məruzənin mətni ilə Amerika Alimləri Federasiyasının saytında tanış olmaq olar. Məruzədə ABŞ müstəqillik qazandıqdan etibarən, son 230 il ərzində müxtəlif hərbi əməliyyatlara xərclənən pulların müqayisəli analizi aparılmışdır. Sənəd müəllifləri bu nəticəyə gəlmişlər ki, ABŞ terrorçuluğa qarşı mübarizə üçün 1,15 trilyon dollar xərcləmişdir. Bu məbləğ Amerika tarixində, İkinci Dünya müharibəsində başqa, hərbi konfliktlər üçün xərclənən bütün məbləğləri arxada qoyur. ABŞ, istisna olaraq, İkinci Dünya müharibəsində 4,1 trilyon dollar xərcləmişdir. Müəlliflər müqayisə üçün bildirirlər ki, ABŞ 20 il ərzində Vyetnam müharibəsinə cəmi 738 milyard dollar xərcləmişdir. Müəlliflər belə hesab edirlər ki, ABŞ-ın İraq və Əfqanıstanda keçirdiyi hərbi əməliyatlarda xərclənən məbləğ 2017-ci ildə 2,4 trilyon dollara çatacaqdır.

Digər xəbərlər