PDF Oxu

Dünya

  • 10

Əl-Zəvahiri Yaxın Şərq liderlərini sionizmdə ittiham edib

Əl-Zəvahiri Yaxın Şərq liderlərini sionizmdə ittiham edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Əl-Kaidə" beynəlxalq terrorçu təşkilatlarının liderlərindən biri olan Ayman Əl-Zəvahiri iyunun 19-da etdiyi audiomüraciətində ərəb dövləti liderlərini Qəzza bölgəsinin İsrail blokadasında saxlanmasını dəstəkləməkdə ittiham etmişdir. Audio yazıda əl-Zəvahiri bu cür ərəb liderlərini "ərəb sionistləri" kimi xarakterizə etmişdir. "Əl-Kaidə" lideri Misir prezidenti Hüsnü Mübarəki "ərəb sionistləri"nin lideri adlandırmışdır. Əl-Zəvahiri Misirin hakimiyyət dairələrini Qəzza bölgəsi ilə sərhəddə mühafizə bəndləri qurmaqda ittiham edir. Onun fikrincə, bu cür hasarların qurulması "Misir xalqı üçün üz qaralığıdır". Əl-Zəvahiri İordaniya kralı İkinci Abdullanı, Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Abdel Əzizi və Fələstin Muxtariyyətinin lideri Mahmud Abbası da "sionist ərəblər" siyahısına daxil etmişdir. Əl-Zəvahiri İordaniya kralını ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham etmişdir. "Əl-Kaidə" liderinin fikrincə, İordaniya kralı və Mahmud Abbas həm də İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıq edirlər. Əl-Zəvahirinin dediyinə görə, Səudiyyə Ərəbistanı kralı dinlərarası konfessiyaların yığıncaqlarından birində İsrail prezidenti Şimon Presin əllərini sıxdığı üçün sionist mövqeyinə yuvarlanmışdır. Əl-Zəvahiri Səudiyyə Ərəbistanı kralının Fələstin-İsrail konfliktinin dinc yolla nizama salınması təşəbbüsünü də pisləmişdir. Xatırladırıq ki, 2002-ci ildə kral Abdulla İsrailə təklif etmişdir ki, öz təhlükəsizlik təminatını müstəqil Fələstin dövlətinin yaradılması ilə əvəzləsin. Ərəb ölkələri liderləri kralın bu təşəbbüsünü dəstəkləsələr də, İsrail onu rədd etmişdir.

Digər xəbərlər