PDF Oxu

Dünya

  • 13

ASDP və "Yaşıllar" referendum keçirməyi tələb edir

ASDP və "Yaşıllar" referendum keçirməyi tələb edir
"DPA" informasiya agentliyinin yaydığı məlumata görə, Hamburqda ibtidai təhsil sistemində islahatlar aparılması üzrə referendum keçirildikdən sonra, ölkə vətəndaşlarının əksəriyyəti ibtidai məktəblərdə yaş həddinin dördən altıya qaldırılması üzrə torpaq hökumətinin planlarını rədd etmişdir. Bundan sonra, Almaniya Sosial-Demokrat Partiyası və "Yaşıllar" tələb etmişlər ki, xalq iradəsinin federal orqanlar səviyyəsində praktikaya tətbiqi həyata keçirilsin. "Yaşıllar"ın həmsədri Klaudia Rotun dediyinə görə, Almaniyada islahatların aparılması "demokratiyanı dirçəldəcəkdir". Onun dediyinə görə, Angela Merkel hökuməti atom-elektrik stansiyalarının istismar müddətlərinin uzadılması üçün öz layihəsini referenduma təqdim etməlidir. K.Rotun fikrincə, ölkədə fəaliyyət göstərən AES-lər müxalifətçilər və bir sıra təbiəti mühafizə təşkilatlarının narahatlığına səbəb olur. Sosial-demokratlara qoşulan "Yaşıllar" isə tələb edirlər ki, icbari hərbi xidmət məsələsi referenduma çıxarılsın. Xatırladırıq ki, iqtidarda olan qara-sarı koalisiya təmsilçiləri olan siyasətçilər, o cümlədən, ölkənin müdafiə naziri Karl-Teodor tsu Quttenberq və vitse-kansler və liberalların lideri Gido Vestervelle hərbi xidmət məsələsinin referenduma çıxarılmasının əleyhinədir. ASDP-nin baş katibi Andrea Nalesin dediyinə görə, sosialistlər uzun müddət ərzində Almaniyada ümummilli referendumun keçirilməsini və konstitusiyada müvafiq dəyişikliyin edilməsini təklif etsələr də, mühafizəkar Xristian-Demokratlar Birliyi də Xristan-Sosialistlər Birliyi onların bu təkliflərini blokadaya alır.

Digər xəbərlər