PDF Oxu

Dünya

  • 15

Qırğızıstanın müdafiə naziri seçkilərlə əlaqədar istefa verib

Qırğızıstanın müdafiə naziri seçkilərlə əlaqədar istefa verib
"24.kq" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanın müdafiə naziri İsmail İsakov həmkarlarının təcrübəsindən yararlanaraq, istefaya çıxmışdır. Onun və həmkarlarının başlıca məqsədi keçiriləcəyi nəzərdə tutulan parlament seçkilərinə hazırlaşmaqdır. İ.İsakovun öz namizədliyini hansı partiya tərəfindən irəli sürəcəyi, hələlik, məlum deyil. Əvvəllər belə ehtimal edilirdi ki, o, parlament seçkilərində yeni yaradılmış "Azattıq" partiyasını təmsil edəcəkdir. İ.İsakov keçmişdə prezident Kurmanbek Bakiyevin həmkarı olmuş, sonralar müxalifətə keçmişdir. Bundan sonra K.Bakiyev hökuməti onu vəzifə səlahiyyətlərini aşmaqda ittiham edib, səkkiz ilə müddətinə azadlıqdan məhrum etmişdir. K.Bakiyevin devrilməsindən sonra, İ.İsakov yeni hökumət tərəfindən azadlığa buraxılmış və müdafiə naziri postuna təyin edilmişdir. O, həmçinin, müvəqqəti hökumətin ölkənin cənub bölgələri üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edir. Müdafiə naziri postundan istefa verən İ.İsakov bu postda müavini Kubanıçbek Oruzbayevi təyin etməyi təklif etmişdi. Qırğızıstanda parlament seçkilərinin oktyabrın 10-da keçiriləcəyi planlaşdırılır.

Digər xəbərlər