PDF Oxu

Dünya

  • 9

İran 17 kiloqram uran zənginləşdirib

İran 17 kiloqram uran zənginləşdirib
İranın "İRNA" dövlət agentliyinin yaydığı məlumata görə, İran parlamenti ABŞ və Böyük Britaniyanın tənqid etdiyi nüvə proqramının başlıca tezislərinini bəyənmişdir. Sənəddə deyilir ki, İran hökuməti nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə etmək üçün uran maddəsini zənginləşdirməkdə davam edəcəkdir. İyun ayında İran mütəxəssisləri 20 faizli 17 kiloqram uran zənginləşdirdikləri haqda məlumat vermişdilər.
İyulun 1-də ABŞ prezidenti Barak Obama birtərəfli qaydada İran üzərinə sanksiya tətbiq etmişdir. Bu sənəd İrana neft məhsullarını ixrac etməyi tamamilə qadağan edir. "RİA Novosti" agentliyinin yaydığı məlumata görə, iyulun 15-də Rusiya prezidenti Dmitri Medvedev belə bir bəyanatla çıxış etmişdi ki, İran öz nüvə proqramı ilə əlaqədar izahat verməlidir.
"Wall Street Journal"ın yazdığına görə, İran Hamburqda yerləşən kiçik "EİH" bankının köməyi ilə BMT-nin iqtisadi sanksiyalarından yan keçməyə müvəffəq olmuşdur. Nəşrin yazdığına görə, "EİH" bankı yalnız 2009-cu ildə silah, o cümlədən, ballistik raket istehsalı ilə sıx əlaqəli olan təşkilatlarla milyard dollara yaxın alqı-satqı əməliyyatı yerinə yetirməyə nail olmuşdur. İran kompaniyalarının əlaqə saxladıqları təşkilatların bir çoxu ABŞ, BMT və AB-nin qara siyahısına daxil edilmişdir. Nəşr yazır ki, bu təşkilatlar içərisində ən çox fəallıq göstərənlər İranın silahlanma üzrə agentliyi, islam inqilabı keşikçiləri korpusu və İran aerokosmik agentliyidir. İyulun 26-da Avropa Birliyi xarici işlər nazirləri İran üzərinə tətbiq edilmiş yeni sanksiyalarla əlaqədar məşvərət keçirməyi planlaşdırır. Almaniya iqtisadiyyat nazirinin dediyinə görə, İranın yeni maliyyə və kommersiya təşkilatlarına münasibətdə müəyyən ölçülərin götürülməsi istisna edilmir. Xatırladırıq ki, hazırda Almaniya Avropada İranın başlıca ticarət partnyorudur. Bu ilin ilk dörd ayı ərzində Berlin və Tehran arasında ticarətin ümumi həcmi 1,8 milyard dollar təşkil etmişdir.

Digər xəbərlər