PDF Oxu

Dünya

  • 4

"HƏMAS" ictima yerdə qadınlara qəlyan çəkməyi qadağan edib

"HƏMAS" ictima yerdə qadınlara qəlyan çəkməyi qadağan edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Qəzza bölgəsində qadınlara kafelərdə, restoranlarda, mehmanxanalarda və digər ictimai yerlərdə qəlyan çəkməyə icazə verilirdi. Məlum olduğu kimi, bu yerlərdə bir çox xarici ölkə vətəndaşları və diplomatlar olurlar. Bu cür müəssisələrin sahibkarlarının dediklərinə görə, əvvəllər polis əməkdaşları bütün müştərilərə qəlyan təklif olunmasını qadağan etmişdilər. Sonralardan məlum oldu ki, hökumət nümayəndələri yalnız yerli qadınlara qəlyan çəkməyə qadağan etmişdir. Xatırladırıq ki, xoş ətirli tütün doldurulan qəlyanlar Qəzza bölgəsində ən yaxşı əyləncələrdən biri hesab edilir. Qadınlara qəlyan çəkməyin qadağan edilməsi kafe və restoranların 30 faizədək itki verməsi ilə nəticələnmişdir. Əvəllər qadınlara xüsusi otaqlarda qəlyan çəkməyə icazə verilirdi. Bir müddət əvvəl "HƏMAS" rəhbərliyi kişilərə qadınlara məxsus gözəllik salonlarında işləməyi yasaq etmişdi. 2009-cu ildə "HƏMAS" qadınlara, hətta motosikl sürməyi də qadağan etmişdi.

Digər xəbərlər