PDF Oxu

Dünya

  • 10

Hindistanın şərqində 48 nəfər həlak olub

Hindistanın şərqində 48 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Hindistanın şərqində iki sərnişin qatarı bir-birilə toqquşmuşdur. Ölkənin kütləvi informasiya vasitələrinin məlumatına görə, ölənlərin miqdarı 50 nəfərdən azdır. Hələlik, bu haqda rəsmi məlumat verilmir. "Tayms of İndia" qəzetinin yazdığına görə, qatarların toqquşması iyulun 19-da səhər Cənubi Benqal ştatının dəmiryol stansiyalarından birində baş vermişdir. Digər sərnişin qatarı böyük sürətlə platformada çıxışını gözləyən ikinci bir sərnişin qatarına çırpılmışdır. Hazırda hadisə yerində xilasedicilik əməliyyatı aparılır. Şahidlərin dediklərinə görə, zərbə o qədər güclü olmuşdur ki, hər iki qatarın bir neçə vaqonu sıradan çıxmışdır. Bu ilin mayında Qərbi Benqalda terror aktı nəticəsində qatarlar toqquşmuşdu. O vaxt qurbanların sayı 150 nəfərə yaxın olmuşdu.

Digər xəbərlər