PDF Oxu

Dünya

  • 13

Fələstinlilərdən İsrailə sədaqət andı içmək tələb edilir

Fələstinlilərdən İsrailə sədaqət andı içmək tələb edilir
"Haaretz" qəzetinin yazdığına görə, İsrail hökuməti iyulun 18-də ölkə vətəndaşlığını qəbul edən Fələstin əhalisi üçün yeni vətəndaşlıq proseduru təklif etmək istəyir. Burada söhbət İsrail vətəndaşlığını qəbul edən fələstinlilərin İsrailə sədaqət andı içməsindən gedir. Qəzetin yazdığına görə, and "yəhudi və demokratik dövlətə sədaqət andı" kimi formalaşdırılacaqdır. Artıq ərəb mənşəli hüquq-müdafiə təşkilatları andın bu cür qəbuluna öz narazılıqlarını bildirirlər. Onların fikrincə, sədaqət andında "yəhudi dövləti" ifadəsinin işlədilməsi iudaizmə etiqad etməyən ərəbləri "sionizm prinsiplərinə" sövq edir. "Haaretz" yazır ki, sədaqət andı üçün nəzərdə tutulan digər prinsiplər köhnədir və onlar 2005-ci ildə bir il müddəti üçün qəbul edilmişlər. Bu and bütövlükdə İsrail vətəndaşları ilə nikah əlaqəsinə girən fələstinlilərə şamil ediləcəkdir. İsrail hökuməti belə hesab edir ki, bu sahədəki məhdudlaşmalar İsrail vətəndaşlığı olan fələstinlilərin terrorçu təşkilatlara qoşulmalarında müəyyən mürəkkəbliklər yaradır.

Digər xəbərlər