PDF Oxu

Dünya

  • 5

Mixail Saakaşvili rus mədəniyyətinə məhəbbətini etiraf edib

Mixail Saakaşvili rus mədəniyyətinə məhəbbətini etiraf edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili iyulun 15-də Belarus Televiziyasının 1-ci kanalına verdiyi müsahibəsində rus xalqı və rus mədəniyyətinə öz məhəbbətini ifadə etmişdir. M.Saakaşvili gürcülərin yeni nəslinin Rusiyanın mövcudluğundan xəbərdar olmayacağından ehtiyat edir. Gürcüstan prezidenti öz oğluna rus dilini öyrənməyə məcbur etdiyini də bildirir. "Ola bilsin ki, mən son Gürcüstan prezidentiyəm ki, Puşkindən, Lermontovdan, Brodskidən və Yesenindən misallar gətirə bilirəm" deyə M.Saakaşvili bildirir. M.Saakaşvili Rusiyanın hakimiyyət dairələrinin ondan nə tələb etdiklərini başa düşmədiyini bildirir. Onun fikrincə, Gürcüstan tərəf həmişə rusiyalı həmkarlarına qarşı addım atmışdır. Gürcüstan prezidenti ölkəsinin Rusiya rəsmiləri qarşısında geri çəkildiyini bildirsə də, Moskva rəsmilərinin ondan daha çox şey tələb etdiyini bildirir. Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ilin avqustunda Rusiyanın Cənubi Osetiya və Abxaziyanı işğal etdikdən sonra kəsilmişdir. Çünki Rusiya Gürcüstanın tərkib hissəsi olan bu respublikaların müstəqilliklərini tanımışdır. Rusiyadan başqa bu respublikaların müstəqilliyini Nikaraqua, Venesuela və Nauru Respublikası da tanımışdır.

Digər xəbərlər