PDF Oxu

Dünya

  • 12

Mumbayda xlordan zəhərlənənlərin sayı 92 nəfərə çatıb

Mumbayda xlordan zəhərlənənlərin sayı 92 nəfərə çatıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Mumbayda zəhərlənənlərin sayı 92 nəfərə çatmışdır. Bir müddət əvvəl, 50 nəfərin xəstəxanalara yerləşdirilməsi haqda məlumat verilmişdi. Məlumata görə, zəhərlənmə Mumbayın şəhərətrafı qəsəbələrinin birinin limanı yaxınlığında qoyulmuş zəhərli qaz qabının deşilməsi nəticəsində baş vermişdi. Limanda metal saxlanılan anbarlardan biri yaxınlığına naməlum şəxslər deşilmiş zəhərli qablar qoymuşlar. Bu ərazidə yaşayış məntəqələri, ofis binaları və bir kollec vardır. Zəhərlənənlərin əksəriyyəti tələbələr olmuşdur. Xəstələnənləri xəstəxanalara yerləşdirmişlər. 14 nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Bir müddət əvvəl, verilən məlumata görə, şəhərin hakimiyyət dairələri anbar ətrafında yaşayan 400 nəfərə yaxın adamı evakuasiya etmişdir. Qazın ayrılmasının qarşısını almaq üçün operativ sahə əməkdaşları zəhərli qabların üzərinə su səpələmişlər. Hazırda insidentin nəticələrinin aradan qaldırılması üçün gərgin iş aparılmaqdadır.

Digər xəbərlər