PDF Oxu

Dünya

  • 11

Yanukoviç NATO-ya qəbuldan imtina edib

Yanukoviç NATO-ya qəbuldan imtina edib
İyulun 15-də Ukrayna prezidenti Viktor Yanukoviç ölkənin daxili və xarici siyasətinin başlıca istiqamətləri haqda qanun imzalamışdır. Sənəddə Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsi üçün ölkəyə NATO blokuna daxil olmamaq statusunun verilməsi başlıca amil kimi qəbul edilmişdir. Sənəddə Ukraynanın NATO-ya qəbul edilməsinə cəhd edilməsi amilləri nəzərə çarpmır.
Buna baxmayaraq, prezidentin imzalamış olduğu qanunda Ukraynanın Avropa Birliyinə inteqrasiya etməsi kursu olduğu kimi qalmışdır. Ukrayna prezidenti Rusiya və MDB dövlətləri ilə strateji əməkdaşlıq münasibətlərini saxlamağın vacibliyini vurğulamışdır. Ölkədaxili siyasətə gəldikdə, qanunda göstərilir ki, Ukrayna və rus dillərinin dövlət dili kimi işlədilməsinə təminat, milli azlıqların dillərinə və inkişaflarına zəmanət verilir.
ABŞ-ın dövlət katibi Hillari Klinton iyulun 2-də Kiyevə səfəri zamanı demişdir ki, "NATO-nun qapıları Ukraynanın üzünə açıq olaraq qalmaqdadır". H.Klinton bu bəyanatını verdikdən bir neçə saat sonra Ali Rada Ukraynanın NATO-ya qoşulacağı haqda qəbul edilmiş qanunu ləğv etmişdir.

Digər xəbərlər