PDF Oxu

Dünya

  • 12

Şimali İrlandiyada 82 polis əməkdaşı xəsarət alıb

Şimali İrlandiyada 82 polis əməkdaşı xəsarət alıb
On minlərlə protestantlar Şimali İrlandiyanın 18 yaşayış məntəqəsində parada çıxmışlar. Kütləvi qanun pozuntuları, hələ bir müddət əvvəl, iyul ayının 11-də katoliklərin yaşadıqları Belfast və başqa şəhərlərdə baş vermişdi. O vaxt 27 asayiş keşikçisinin xəsarət aldığı bildirilirdi. Paradın katolik iştirakçılarının bir çoxu polisin üzərinə yandırıcı "Molotov kokteyli" şüşələri və daş-kəsək atırdılar. Polis qanun pozuntusunun qarşısını rezin güllələri vasitəsilə almaq istəyirdi.
Bir çox dəmiryol məntəqələrində qatarların hərəkəti dayanmışdı. Belfastın cənubi-qərbində etirazçılar 55 sərnişini olan qatarı yandırmağa cəhd etmişlər. Sürücünün cəld hərəkəti nəticəsində kənara çəkdirilən vaqonlarda heç kəs xəsarət almamışdır. Şahidlərin məlumatına görə, qarşıdurmada, əsasən, yeniyetmələr iştirak etmişdilər. Siyasətçilər belə hesab edirlər ki, üsyançılara İrlandiya Respublikası Ordusu (İRO) təsir etmişdir. Çünki bu ordu indiyədək Britaniya hökuməti ilə kompromisə girmək istəmir. İRO 2005-ci ildən etibarən rəsmi surətdə silahlı mübarizədən imtina etmişdir.
1998-ci ildə Şimali İrlandiya protestantları və katoliklər arasındakı konflikti nizama salmaq məqsədilə Belfast razılaşması imzalanmışdır. Bu cür razılaşmanın mövcudluğuna baxmayaraq, hər il iyul ayının 10-dan sonra qanun pozuntuları qeydə alınır. Bu il Belfastdakı qanun pozuntusunun miqyası son bir neçə il ərzində daha geniş olmuşdur.

Digər xəbərlər