PDF Oxu

Dünya

  • 11

Qazaxıstan vətəndaşı Rusiyanı cərimə ödəməyə məcbur edib

Qazaxıstan vətəndaşı Rusiyanı cərimə ödəməyə məcbur edib
"Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına görə, insan hüququ üzrə Avropa Məhkəməsi Qazaxıstan vətəndaşı Aleksandr Lopatanın lehinə qərar qəbul etmişdir. A.Lopata Rusiya hökuməti əleyhinə iddia ilə çıxış etmişdir. Qazaxıstan vətəndaşının dediyinə görə, onu həbs edən Rusiya milis əməkdaşları işgəncələrə məruz qoyaraq, hansısa qətl hadisəsini boynuna almağı tələb edirdilər. İddiaçı əvvəllər Başqırdıstan kəndlərinin birində yaşamışdır. 2000-ci ilin avqustunda onu qətldə şübhəli bilib, həbsxanaya salmışdılar. A.Lopata məhz burada işgəncələrə məruz qalmışdır. Milis əməkdaşları bu vaxt, hətta vəkilini də onun yanına buraxmırdılar. Nəticədə, A.Lopata cinayət törətdiyini boynuna almalı olmuşdur. Bu səbəbdən, o, 9 il azadlıqdan məhrum edilmişdir. Strasburq məhkəməsi bu məsələdə Rusiya tərəfin insan hüququ haqda beynəlxalq konvensiyanın bir neçə maddəsini pozduğunu sübut etmişdir. Məhkəmənin qərarına əsasən, Rusiya hökuməti A.Lopataya 5,7 min avro məbləğində cərimə ödəməlidir.

Digər xəbərlər