PDF Oxu

Dünya

  • 10

İtaliya mafiyası Almaniyada fəaliyyətini genişləndirir

İtaliya mafiyası Almaniyada fəaliyyətini genişləndirir
"Bilt" nəşri Almaniya xüsusi xidmət orqanı əməkdaşlarının istifadə etdikləri məxfi sənədi əldə etməyə nail olmuşdur. Sənəddə deyilir ki, son vaxtlar İtaliya mafiyası Almaniya ərazisində öz fəaliyyətini daha da genişləndirməyə nail olmuşdur. İtaliya mafiyası, əsasən, Almaniyanın cənub və qərb hissələrində mövqe tutmağa başlamışdır. Şimali Reyn-Vestfaliya, Baden-Vürtenberq, Bavariya, Qassen və Reynland-Pfalts torpaqları İtaliya mafiyasının yerləşdiyi ərazilər hesab edilir. Polisin tanıdığı 134 mafioz şəxs "Ndrangete" Kalabriyasına məxsusdur. İkinci yerdə sayı 52 nəfər mafiozun təşkil etdiyi Neopolitan "Kamorra" təşkilatı gedir. Alman xüsusi xidmət orqanı əməkdaşları Almaniya Federativ Respublikası ərazisində "Koza Nostra" Siciliya cəmiyyətinin 13 mafioz üzvünü aşkar etmişlər. Əlbəttə, hazırkı vəziyyətdə söhbət hüquq qaydalarını pozaraq, polisin nəzarəti altına düşən mafiozlardan gedir. AFR-dəki İtaliya mafioz qrupların miqdarı daha çox ola bilər.

Digər xəbərlər