PDF Oxu

Dünya

  • 14

Barak Obamanın reytinqi minimum həddə enib

Barak Obamanın reytinqi minimum həddə enib
"Vaşinqton Post" qəzeti və "ABC" telekompaniyasının birgə keçirdiyi rəy sorğularının nəticələrinə görə, amerikalıların 58 faizi ABŞ prezidenti Barak Obamaya etibar etmir. Rəy sorğusunun nəticələri iyulun 13-də dərc edilmişdir. "Vaşinqton Post" qəzeti bu reytinqin B.Obama üçün həddən çox aşağı səviyyəli olduğunu urğulamışdır. "Röyter" agentliyi isə bir il yarım əvvəl keçirilən rəy sorğularının nəticələrini əkslik təşkil etdiyini bildirirdi. Yəni rəyi soruşulanların 60 faizi B.Obamanın siyasi qərarlarına şübhə ilə yanaşmadığını bildirirdi.
B.Obama siyasi administrasiyasının iqtisadi sahələrdəki nəticələri daha çox suallar doğurmaqdadır. Son rəy sorğusunun nəticələrinə görə, ABŞ prezidentinin iqtisadi siyasətini amerikalıların 43 faizi dəstəkləyir.
Sorğunun nəticələri B.Obamanın qanunvericilərdən daha çox populyarlıq qazandığını göstərmişdir. Rəyi soruşulanların 68 faizi demokrat konqresmenlərə inanmadığını bildirmişdir. Bu nəticə respublikaçılar üçün 72 faiz təşkil edir. Rəyi soruşulanların 62 faizi növbəti parlament və prezident seçkilərində ötən səs verdikləri namizədlərə bir daha səs verməyəcəklərini bildirmişlər.
2010-cu ilin noyabrında ABŞ-da parlament seçkiləri keçiriləcəkdir. ABŞ vətəndaşları Nümayəndələr Palatasını bütövlükdə yenidən seçməli olacaqlar. 100 senatordan 36-sını da yenidən seçmək lazım gələcəkdir. Bu seçkilərlə yanaşı, ölkənin 37 ştatında qubernator seçkiləri də keçiriləcəkdir.

Digər xəbərlər