PDF Oxu

Dünya

  • 11

Somali islamçıları Uqanda paytaxtında törədilmiş partlayışın məsuliyyətini öz üzərlərinə götürüblər

Somali islamçıları Uqanda paytaxtında törədilmiş partlayışın məsuliyyətini öz üzərlərinə götürüblər
"Röyter" informasiya agentliyinin "Əl-Sabah" Somali radikal qruplaşmasının nümayəndəsi Şeyx Yusuf Şeyx İssaya əsaslanaraq, yaydığı məlumata görə, Uqandanın paytaxtı Kampalada törədilmiş terror aktının məsuliyyətini "Əl-Sabah" Somali radikal qruplaşmasının liderləri öz üzərlərinə götürmüşlər. "Əl-Sabah" islamçıları bir müddət əvvəl Uqanda və Burundiyə hücum edəcəklərini bildirmişdilər. Bu iki Afrika dövləti Somalinin paytaxtı Moqadişoya sülhməramlılar göndərmişlər. Uqanda sülhməramlı kontingentinin əsgərlərinin ümumi miqdarı 5 min nəfərə yaxındır. Uqandadakı ABŞ səfirliyi həlak olanlardan bir nəfərin Birləşmiş Ştatlar vətəndaşı olduğunu təsdiq etmişdir. ABŞ-da belə hesab edirlər ki, "Əl-Sabah" terrorçu qruplaşması "Əl-Kaidə" beynəlxalq terrorçuluq qruplaşması ilə əlaqədardır. "Əl-Sabah" Somali terrorçu qruplaşması Uqanda paytaxtının barında və idman klubunda iki partlayış törətmişdir.

Digər xəbərlər