PDF Oxu

Dünya

  • 10

İtkin düşmüş İranın nüvə mütəxəssisi ABŞ-ın Pakistandakı səfirliyində aşkar edilib

İtkin düşmüş İranın nüvə mütəxəssisi ABŞ-ın Pakistandakı səfirliyində aşkar edilib
"Röyter" informasiya agentliyinin iyulun 13-də yaydığı məlumata görə, İranın nüvə fizikası mütəxəssisi Şahram Əmiri ABŞ-ın Pakistandakı səfirliyində gizlənir. İranın dövlət radiosunun bəyanatında bildirilir ki, yoxa çıxmış alim iyulun 12-də Pakistan səfirliyində aşkar edilmişdir. İran hökuməti belə bir ehtimal irəli sürür ki, 2009-cu ildə Səudiyyə Ərəbistanında yoxa çıxmış alim bu ölkənin xüsusi xidmət orqanı əməkdaşlarının köməyi ilə MKİ tərəfindən oğurlanmışdır. Ancaq tezliklə kütləvi informasiya vasitələrində belə bir bəyanat yayılmışdı ki, Ş.Əmiri özü ABŞ-a qaçmış və orada hakimiyyət dairələri ilə əməkdaşlıq etmişdir. 2010-cu ilin iyununda İran Televiziyası Ş.Əmirinin videomüraciətini göstərmişdir. Alimin dediyinə görə, o, MKİ əməkdaşlarının əlindən qaçıb Virciniya ştatında gizlənir. Ş.Əmiri "İran əleyhinə heç vaxt" ifadə vermədiyini bildirir və hakimiyyət dairələrindən xahiş edir ki, vətənə qaytarılmasında ona dəstək göstərsinlər. Belə ehtimal olunur ki, Ş.Əmiri İranın nüvə proqramı üzərində işləyən alimlərdən biri olmuşdur. Başqa bir məlumata görə, alim təbabətdə radioaktiv izatoplardan istifadə edilməsi problemləri ilə məşğul olmuşdur.

Digər xəbərlər