PDF Oxu

Dünya

  • 12

Belfastda baş vermiş qanun pozuntusu nəticəsində 27 polis əməkdaşı xəsarət alıb

Belfastda baş vermiş qanun pozuntusu nəticəsində 27 polis əməkdaşı xəsarət alıb
"DPA" informasiya agentliyinin iyulun 12-də yaydığı məlumata görə, Şimali İrlandiyanın paytaxtı Belfast şəhərinin qərbində baş vermiş qanun pozuntusu zamanı 27 nəfər polis əməkdaşı xəsarət almışdır. Qanun pozuntusu iyulun 11-də axşam İrlandiya protestantlarının Boyn çayı uğrunda aparılan döyüşlərin ildönümünə həsr olunmuş təntənəli mərasim zamanı baş vermişdir. Agentliyin məlumatına görə, qanun pozuntusunun başlıca iştirakçıları gənc katoliklər olmuşdur. Onlar polislər üzərinə içərisində yandırıcı maye olan şüşə qablar atır və ara-sıra atəş açırlar. "Röyter"in məlumatına görə, qarşıdurmada 200 nəfərədək adam iştirak edirdi. Alınan xəsarətlərin yüngül olduğu bildirilir. Şəhərdə planlaşdırılmış tədbirlərin davam etdirilməsi qarşıdurmanın bərpa ediləcəyinə zəmin yaradır. Boyn çayı üzərində döyüş İrlandiyanın şərqində 1690-cı ilin 1 iyulunda baş vermişdir. Katolik kral II Yakovun ordusu ingilis tacı uğrunda mübarizədə protestant Vilhelm Oranskinin ordusu tərəfindən məhv edilir. Bu dövr İrlandiya tarixində Şərəfli döyüş kimi xatırlanır. Döyüşdə katoliklərin məğlubiyyətindən sonra İrlandiya ərazisində protestant anqlikan kilsəsinin hökmranlığı artmağa başlamışdır.

Digər xəbərlər