PDF Oxu

Dünya

  • 7

Çilidə güclü zəlzələ baş verib

Çilidə güclü zəlzələ baş verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çilinin şimali-şərqində 6,2 maqnituda gücü olan zəlzələ baş vermişdir. Məlumatı ABŞ-ın geoloji xidməti vermişdir. Zəlzələnin episentri iyulun 11-də saat 20.11-də Atakama səhrasında yerləşən Kalama şəhərinin şimali-şərq hissəsinin 80 kilometrliyində olmuşdur. Qurbanlar və dağıntılar haqda məlumat verilməmişdir. 2010-cu ilin 27 fevralında Çilidə sunami yaradan 8,8 maqnituda gücü olan zəlzələ baş vermişdir. O zaman təbii fəlakət nəticəsində 520 nəfərdən çox insan həlak olmuş, ölkə iqtisadiyyatına 30 milyard dollar məbləğində zərər dəymişdir.

Digər xəbərlər