PDF Oxu

Dünya

  • 6

Norveçdə terrorçuluq aktı törətməyə hazırlaşan bir özbək, bir uyğur və bir iraqlı həbs edilib

Norveçdə terrorçuluq aktı törətməyə hazırlaşan bir özbək, bir uyğur və bir iraqlı həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 8-də "Əl-Kaidə" terrorçuluq şəbəkəsi ilə əlaqədə ittiham edilən 3 nəfərin uyğur, özbək və iraqlı olduğu məlum olmuşdur. 39 yaşlı uyğur 1999-cu ildən Norveçdə yaşamış və bu ölkənin vətəndaşı olmuşdur. 37 yaşlı İraq vətəndaşının və 31 yaşlı özbəyin Norveçdə daimi yaşamaq üçün icazələri olmuşdur. Hələlik, həbs edilənlərin adları açıqlanmır. "Röyter"in məlumatına görə, "Əl-Kaidə"nin üzvü olduğu ehtimal edilən şəxs Almaniyada həbs edilmişdi. Həmin şəxs bir ilə yaxın izlənmişdir. ABŞ-ın baş prokuroru Erik Xolderin verdiyi bəyanata görə, açılmış terrorçuluq sui-qəsdləri 2011-ci ilin 11 sentyabrından etibarən ən ciddiləri hesab edilməlidir. Bu terrorçuların da, sentyabr hadisələrində olduğu kimi, kiçik həcmli güclü peroksid partlayıcı qurğularından istifadə edəcəkləri məlum olmuşdur. Həmin terrorçular bu ilin sentyabrında ABŞ-da həbs edilmişlər. Bunlardan başqa, Britaniya polisi Britaniyada yaşayan 24 yaşlı Abid Nəsiri həbs etmişdi. Bu həbs ABŞ-ın təklifi ilə həyata keçirilmişdi. Məhbusu terrorçu qruplaşmaları ilə əlaqədə ittiham edirlər. Həbs edilmiş 3 məhbusun nə səbəbə Norveçdə terror aktı törətmək istəmələri açıqlanmır.

Digər xəbərlər