PDF Oxu

Dünya

  • 7

BMT öz nümayəndəsini Şri-Lankadan geri çağırıb

BMT öz nümayəndəsini Şri-Lankadan geri çağırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun cümə axşamı Şri-Lankadakı nümayəndəsini geri çağırmış və paytaxt Kolombodakı nümayəndəliyini bağlamışdır. Bu qərar Kolomboda başlanan etiraz aksiyaları ilə əlaqədar qəbul edilmişdir. Şri-Lanka hökumətinin "Tamil-İlam Azadlıq Pələngləri" separatçı qruplaşması əleyhinə hərbi əməliyyatlar keçirərkən, öldürülmüş dinc tamillərin qətlinin təhqiqatını aparan BMT komissiyası kolomboluların etiraz aksiyaları ilə əlaqədar öz işini dayandırmaq məcburiyyətində qalmışdır. Xatırladırıq ki, Şri-Lanka paytaxtının sakinləri BMT komissiyasının işinə etiraz zəminində kütləvi aksiyaya başlamışdır. "Biz Şri-Lanka hökumətinin BMT nümayəndəliyinin Kolombodakı işinə normal şərait yaratmamasından narazılığımızı ifadə edirik. Hökumət nazirliyinin etiraz aksiyası nümayəndəliyin işinə böyük əngəl törədir" deyə Pan Gi Munun nümayəndəsi bildirmişdir. İyulun 8-də Şri-Lankanın mülki tikinti naziri Vimal Viravansa Kolombodakı BMT nümayəndəliyi qarşısında müddətsiz aclıq aksiyasına başlamışdır. O, BMT-nin Şri-Lankanın daxili işlərinə qarışmamağı və hərbi cinayətlər üzrə komissiyanın ləğv edilməsini tələb etmişdir. "İTAR-TASS"-ın məlumatına görə, bir müddət əvvəl, nümayişçilər nümayəndəliyin 125 əməkdaşını öz binalarında blokadaya almışdılar.

Digər xəbərlər