PDF Oxu

Dünya

  • 13

Bağdadda 45 ziyarətçi həlak olub

Bağdadda 45 ziyarətçi həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraq paytaxtında şiə ziyarətçilərinə iki hücum edilmişdir. Nəticədə 45 nəfər həlak olmuş, 100 nəfərdən çox adam yaralanmışdır. İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsinin dediyinə görə, birinci terror aktı iyulun 7-də sünnilərin məskunlaşdığı Ədhəmiyyə bölgəsində baş vermişdir. Üzərinə partladıcı qurğu bərkidilmiş kamikadze Musa əl-Kadhim məscidinə ibadətə gedən ziyarətçilərin arasına girib partlayış törətmişdir. Nəticədə, 28 nəfər həlak olmuş, 63 nəfər yaralanmışdır. İkinci terror aktı nəticəsində 17 nəfər həlak olmuş, 40 nəfər yaralanmışdır. Agentlik partlayışın harada törədildiyi haqda məlumat vermişdir. Hazırda Bağdadda ciddi təhlükəsizlik tədbirləri görülməkdədir. "BBC Nyus"un məlumatına görə, şəhərə on minlərlə şiə ziyarətçiləri gəlmişlər.

Digər xəbərlər