PDF Oxu

Dünya

  • 9

Kuba hökuməti 52 siyasi məhbusu azadlığa buraxacağını bildirib

Kuba hökuməti 52 siyasi məhbusu azadlığa buraxacağını bildirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kubanın hakimiyyət dairələri 52 nəfər siyasi məhbusun azadlığa buraxılmasına razılıq vermişlər. 2008-ci ildə Raul Kastro hakimiyyətə gəldikdən sonra, bu, ilk hadisədir ki, böyük miqdarda siyasi məhbusun azadlığa buraxılması haqda qərar qəbul edilir. Siyasi məhbusların azad edilmələri haqda qərar bu ilin mayında Kuba hökuməti və Roma katolik kilsəsi rəhbərliyi arasında aparılan danışıqlardan sonra qəbul edilmişdir. Danışıqların son mərhələsində İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos da iştirak etmişdir. Yaxın günlərdə 5 nəfər siyasi məhbus azadlığa buraxılacaqdır. Qalan 47 nəfər isə 3-4 ay ərzində yavaş-yavaş həbsxanadan çıxarılacaqdır. Kuba hökumətinin azadlığa buraxmağa hazırlaşdığı 52 məhbus, 2006-cı ildə 6 ildən 28 ilədək həbs cəzasına məhkum edilmiş 75 dissident qrupuna daxildir. Azadlığa buraxılacaq məhbusların adları, hələlik, çəkilmir. Onların arasında bu ilin fevralında aclıq aksiyası keçirən Gilermo Farinyasın olduğu məlum deyil. Həmin şəxs aclıq aksiyası elan etməmişdən əvvəl, 25 siyasi məhbusun azadlığa buraxılmasını tələb edirdi. Bunun nəticəsi olaraq, Kuba hökuməti 12 nəfəri azadlığa buraxmağa razılıq vermişdir. G.Farinyasın özü -nün aclıq aksiyasından sonra səhhəti ağırlaşmışdır. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, 2010-cu ilin əvvəllərindən Kuba həbsxanalarında 167 nəfər siyasi məhbus olmuşdur.

Digər xəbərlər