PDF Oxu

Dünya

  • 15

NATO aviasiyası səhvən 5 əfqan hərbi qulluqçusunu öldürüb

NATO aviasiyası səhvən 5 əfqan hərbi qulluqçusunu öldürüb
"Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, NATO aviasiyasının bombardmanı nəticəsində 5 Əfqanıstan hərbi qulluqçusu həlak olmuşdur. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 7-də NATO aviasiyası Qəzni əyalətində səhvən terrorçu qruplaşma hesab etdiyi əfqan əsgərlərinin mövqelərinə raket zərbəsi endirmişdir. Əfqanıstan koalisiya qüvvələri komandanlığının nümayəndəsi Cozef Blotsun dediyinə görə, həmin yerdə Əfqanıstan ordu hissələrinin olması haqda əlimizdə heç bir məlumat yoxdur. İyulda Əfqanıstandakı NATO qüvvələrinin komandanı vəzifəsinə təyin edilən general Devid Petreus həlak olmuş Əfqanıstan hərbi qulluqçularının ailələrinə başsağlığı vermişdir. General demişdir ki, NATO qüvvələri və Əfqanıstan hökuməti baş vermiş hadisənin birgə təhqiqatını aparacaqdır.

Digər xəbərlər