PDF Oxu

Dünya

  • 6

Viktor Yuşşenkonun qardaşı qiyamət günündən danışıb

Viktor Yuşşenkonun qardaşı qiyamət günündən danışıb
Ukraynanın "Obkom" qəzetinə müsahibə verən "Yeni Ukrayna" qurumunun Ali Rada təmsilçisi Pyotr Yuşşenko hazırda Ukraynada baş verən qarmaqarışıqlıqları siyasətçilərin qəlbində "iblis toxumu"nun artması ilə əlaqələndirmişdir. Xatırladaq ki, bu şəxs Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun böyük qardaşıdır. P.Yuşşenkonun fikrincə, bu "iblis toxumu" kommunist rejimində səpilmişdir. "Kommunist cəmiyyəti Dəccalın gəlişini bəşəriyyətə xəbər verən bir cəmiyyət olmuşdur" deyə P.Yuşşenko bildirmişdir. O öz sözlərinə bu cür arqument gətirmişdir: XX əsrin əvvəllərində çoxsaylı çarlar, qubernatorlar, şəhər rəisləri və başqa vəzifəli şəxslər öldürülmüşdür. P.Yuşşeko "dünyanın sonunun yaxınlaşdığını" bildirir və dediklərinə inanmayanlara bu cür məsləhət verir: "İncili oxuyun, Apokalipsis-İohan Boqoslovu oxuyun. O zaman dediklərimin doğru olduğunu görərsiniz." P.Yuşşenko Ukraynada və eləcə də, dünyada baş verməkdə olan təbii fəlakətləri və digər amilləri bu cür xarakterizə edir: "Hazırda baş verən hadisələr qarabasmaları xatırladır." P.Yuşşenko Ukraynada qeyri-ordinar mülahizələri ilə tanınır. O, iddia edir ki, Ukrayna milləti erkən neolit dövründən yaranmağa başlamışdır. P.Yuşşenko özünü və qardaşını Zaporojyenin sonuncu atamanı Pyotr Kalnışevskinin sələfi hesab edir. O, həmçinin, Ukrayna pravoslav kilsəsinin Moskva patriarxlığından ayrılmasının və yerli kilsənin yaradılmasının ardıcıl tərəfdarıdır.

Digər xəbərlər