PDF Oxu

Dünya

  • 10

Almaniya səhiyyə sahəsindəki islahatı bəyənib

Almaniya səhiyyə sahəsindəki islahatı bəyənib
"Şpigel" qəzetinin iyulun 7-də yazdığına görə, Angela Merkel hökuməti səhiyyə sahəsindəki islahatlar layihəsini bəyənmişdir. Qəzet yazır ki, əldə edilmiş razılaşma səhiyyə sistemindəki maliyyə qaynaqlarının artmasına xidmət edəcəkdir. Bu islahat daha genişmiqyaslı növbəti islahatın keçirilməsi yolunda bir aralıq mərhələsi rolunu oynayacaqdır.
Almaniya səhiyyə naziri və "Azad Demokratlar" partiyasından iqtidar koalisiyasının üzvü Filipp Reslerin təklif etdiyi islahatlar layihəsi işverənlərin və əməkdaşların il ərzində ödədikləri sığorta ödənclərinin 0,6 faiz artacağını ehtiva edir. Söhbət əməkdaşların il ərzində qazandığı 14,9 faiz gəlir ödəncindən gedir. F.Reslerin dediyinə görə, bu cür ölçülərin götürülməsi ilə milli səhiyyə proqramı 2011-ci ildə 11 milyard avro təşkil edəcəkdir.
"Şpigel"in yazdığına görə, son illərdə qazanılmış çoxmilyardlı defisit alman səhiyyə sistemi üçün adi normaya çevrilmişdir. Angela Merkel hökuməti bu cür genişmiqyaslı islahatların keçirilməsini hələ 2006-cı ildə təklif etmişdi.
Səhiyyə sahəsində islahatların keçirilməsi sosial-demokratların ciddi etirazlarına səbəb olmuşdur. Almaniya Sosial-Demokrat Partiyasının üzvü və parlamentin müxalifət təmsilçisi Frank-Valter Ştaynmayerin fikrincə, bəyənilmiş islahatlar layihəsi mahiyyətcə ədalətsizdir. Müxalifət nümayəndəsi belə hesab edir ki, aşağı səviyyəli maaş alan vətəndaşlar layihənin neqativ cəhətləri ilə üz-üzə qalacaqlar. F.V.Ştaynmayer F.Raslerin ilkin layihəsini müdafiə etmədiyinə görə, nazirin istefasını tələb etmişdir.

Digər xəbərlər