PDF Oxu

Dünya

  • 5

"Taliban" molla Ömərin həbs edildiyini təkzib edib

"Taliban" molla Ömərin həbs edildiyini təkzib edib
İranın "Press TV" telekanalının məlumatına görə, "Taliban" ekstremist hərəkatının nümayəndəsi Zəbiulla lider molla Ömərin həbs olunması haqqındakı şayiələri təkzib etmişdir. Onun dediyinə görə, molla Ömər hələ də Əfqanıstanda öz fəaliyyətini davam etdirməkdədir. Əfqanıstanın Uruzqan əyalətinin rəhbəri molla Abdul Salam Hənəfi isə hazırda molla Ömərin Pakistanın Kəraçi şəhərində yerli hakimiyyət orqanları tərəfindən gizlədildiyini bildirir. Molla Ömərin həbs edilməsi haqqındakı məlumatı 1996-2001-ci illərdə Əfqanıstanda xidmət etmiş çoxsaylı triller və bestsellerlər müəllifi, yazıçı Bred Tor yaymışdır. O, bu məlumatı mayın 10-da öz saytında yerləşdirmişdi. B.Torun dediyinə görə, molla Ömər mart ayında Kəraçi şəhərində həbs edilmişdir.

Digər xəbərlər