PDF Oxu

Dünya

  • 17

Amerika blogeri "Taliban" liderinin həbs edildiyini bildirib

Amerika blogeri "Taliban" liderinin həbs edildiyini bildirib
ABŞ blogeri dünyanın kütləvi informasiya vasitələrinə belə bir məlumat yaymışdır ki, guya "Taliban" hərəkatının lideri molla Ömər həbs edilmişdir. "Pakistan Observer" və eləcə də, digər informasiya vasitələri bu məlumatın səhv olduğunu bildirirlər.
Bu məlumatı iyulun 5-də öz şəxsi bloqunda Bred adlı bir nəfər yaymışdır. Onun dediyinə görə, "Taliban" lideri Ömər martın 27-də Kəraçi şəhərində həbs edilmişdir. Berdin dediyinə görə, o, ABŞ Milli Təhlükəsizlik Nazirliyində işləyir və ordu rəhbərliyi ilə sıx əlaqələrə malikdir. Ancaq nə Pentaqon, nə də Pakistanın hakimiyyət dairələri məlumatı rəsmi surətdə təsdiq etmirlər.
Bir müddət əvvəl, Ömərin həbs edilməsi haqda məlumat internetə çıxarılmışdı. Polkovnik Oliver Nort hələ may ayında öz bloqunda yazmışdı ki, ABŞ və Əfqanıstan kəşfiyyatı Ömərin həbs edilməsi haqda məlumat verib.
Məhəmməd Ömər (o, həm də molla Ömər adı ilə tanınır) "Taliban" hərəkatının dini lideri hesab edilir. O, 1979-cu ildə Əfqanıstanda sovet qoşunları ilə aparılan müharibədə iştirak etmişdir. Molla Ömər 1994-cü ildə ətrafına bir neçə islamçı təşkilat toplayıb, "Taliban" hərəkatına başçılıq etmişdir. 1996-2001-ci ildə molla Ömər Əfqanıstan taliblərinə başçılıq etmişdir. Ancaq ABŞ ordusu hərbi əməliyyata başladıqdan sonra qaçıb gizlənmişdir və indiyədək üzə çıxmır.

Digər xəbərlər