PDF Oxu

Dünya

  • 10

Pakistanda yerli talib lideri öldürülüb

Pakistanda yerli talib lideri öldürülüb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 5-də Pakistanda yerli "Taliban" lideri Həkimulla Məhsud qətlə yetirilmişdir. Ölkənin hərbi dairələri məlumatın doğruluğunu təsdiq edirlər. H.Məhsud Pakistanın Şimali Vəziristan əyalətindəki hərbi nəzarət-keçid məntəqələrindən birində atışma nəticəsində öldürülmüşdür. Qarşıdurma nəticəsində daha iki əsgər zərər çəkmişdir. Pakistanın "Taliban" hərəkatı lideri hesab edilən H.Məhsudun başı üçün 234 min dollar mükafat qoyulmuşdur. Əvvəllər Pakistanın hakimiyyət dairələri H.Məhsudun öldürülməsi haqda bir neçə dəfə məlumat vermişdi. Yerli televiziyanın yanvarda verdiyi məlumata görə, H.Məhsud raket zərbəsi nəticəsində ağır yaralanmış və bir neçə saat sonra ölmüşdür. Aprelin axırlarında Pakistanın kəşfiyyat nümayəndələrinə əsaslanan kütləvi informasiya vasitələri ağır yara almış H.Məhsudun sonradan sağaldığı haqda məlumat vermişlər. Mayın 3-də isə "Taliban" silahlıları H.Məhsudun ABŞ-da bir neçə terror aktı törədəcəyi hədəsi ilə çıxış edən videomüraciətini yaymışlar.

Digər xəbərlər