PDF Oxu

Dünya

  • 15

AB müşahidəçiləri Gürcüstan hərbi bazalarına buraxılıb

AB müşahidəçiləri Gürcüstan hərbi bazalarına buraxılıb
"Novosti-Qruziya" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanın sərhədyanı rayonlarında işləyən Avropa Birliyi müşahidəçilərinə bundan sonra respublikanın hərbi bazalarında monitorinqlər keçirməyə icazə verilmişdir. Müvafiq razılaşma sənədini Gürcüstanın müdafiə naziri Baço Axalaya və Avropa Birliyi Müşahidə Missiyasının rəhbəri Hans-Yorq Xaber imzalamışdır. 2009-cu ilin əvvəllərində tərəflər Gürcüstan ordusunun hərəkətinin Abxaziya və Cənubi Osetiya ilə həmsərhəd rayonlarında məhdudlaşdırılması üzrə memorandum imzalamışdılar. Gürcüstan tərəf bu cür addım atacağı təqdirdə, dərhal Müşahidə Missiyasını xəbərdar etməli idilər. Xatırladırıq ki, Avropa Birliyi müşahidəçiləri Gürcüstana 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən dərhal sonra getmişdilər. Belə ehtimal olunurdu ki, Abxaziya və Cənubi Osetiyanın sərhədyanı rayonlarında monitorinqlər keçirəcəklər. Ancaq bu respublikalar AB-nin Müşahidə Missiyasını öz ərazilərinə buraxmamışlar. Daha əvvəllər isə Cənubi Osetiya sərhədində ATƏT missiyası, Abxaziya sərhədində isə BMT missiyası fəaliyyət göstərirdi. Ancaq Rusiya-Gürcüstan müharibəsindən sonra hər iki missiya öz işini dayandırmağa məcbur olmuşdur. Hər dəfə müşahidəçilərin mandatlarının uzadılması qərarına qarşı Rusiya çıxmışdır. Çünki Moskva bu ərazilərdə öz hərbi kontingentini yerləşdirmişdi.

Digər xəbərlər