PDF Oxu

Dünya

  • 13

İsrail Türkiyədən üzr istəməkdən imtina edib

İsrail Türkiyədən üzr istəməkdən imtina edib
"Frans Press" informasiya agentliyinin iyulun 5-də yaydığı məlumata görə, İsrail hökuməti "Azadlıq Donanması" karvanı daxilindəki Türkiyəyə məxsus gəmiyə xüsusi dəstə endirdiyi üçün heç vaxt rəsmi Ankaradan üzr istəməyəcəyini bəyan etmişdir. İyulun 4-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Hurriyet Dailu Nyus" nəşrinə verdiyi bəyanatda bildirmişdir ki, mövcud vəziyyətdən İsrailin üç çıxış yolu vardır: üzr istəmək, müstəqil beynəlxalq təhqiqatların nəticələri ilə razılaşmaq, yaxud Türkiyə ilə hər cür diplomatik münasibətlərdən imtina etmək. Türkiyə hökuməti İsrailin təşkil etdiyi təhqiqat komissiyasının nəticələrini tanımağa da hazırdır. Ancaq bir şərtlə ki, qarşı tərəf Türkiyə gəmisinə İsrailin xüsusi dəstəsinin endirilməsini hüquqa zidd addım kimi qiymətləndirmiş olsun. Bundan sonra, İsrail hökumətinin yalnız üzr istəməsi qalır. İsrail və Türkiyə hökumətlərinin son bəyanatları bir həftə əvvəl İsrail infrastruktur naziri Binyamin Ben-Elezerlə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun keçirmiş olduğu gizli görüşdən sonra yayılmışdır. Məxfi görüşdə Türkiyə və İsrailin gələcək münasibətləri müzakirə edilmişdir. Xatırladırıq ki, 2010-cu il mayın axırlarında "Azadlıq Donanması" karvanı daxilində Qəzza bölgəsinə humanitar yük aparan Türkiyə gəmisi İsrailin xüsusi xidmət dəstəsinin hücumuna məruz qalmışdır. Nəticədə 9 nəfər həlak olmuşdur. Türkiyə İsrailin üzr istəmədiyini görüb, əvvəl bu ölkədəki səfirini geri çağırmış, daha sonra isə öz hava məkanından İsrailin hərbi-hava qüvvələrinə məxsus təyyarələri buraxmamaq qərarı qəbul etmişdir.

Digər xəbərlər