PDF Oxu

Dünya

  • 15

Meksika müxalifəti regional seçkilərdə qalib gəldiyini bəyan edib

Meksika müxalifəti regional seçkilərdə qalib gəldiyini bəyan edib
Meksikada çıxan "Milenio" qəzetinin yazdığına görə, müxalifətçi İnstitusional İnqilabi Meksika Partiyası (PRİ) ölkədə keçirilən qubernator, mer və yerli parlament deputatları seçkilərində qalib gəldiyini bəyan etmişdir. Seçkilərin rəsmi nəticələri elan edilməsə də, seçki məntəqələrindən çıxan seçicilərlə aparılan rəy sorğuları müxalifət partiyalarının iqtidarda olan Milli Birlik Partiyası (PAN) üzərində qələbə çaldığına dəlalət edir. PRİ sədri Beatris Paredesin dediyinə görə, onların qubernatorluğa namizədləri ölkənin 12 ştatından 11-də liderlik edirlər. O, iqtidarda olan rəqibləri PAN partiyası təmsilçilərinin nəticələrinin qat-qat aşağı olduğunu qeyd etmişdir. "Əldə etdiyimiz məlumatlar seçkilərdə inamlı qələbəmizi sübut etməkdədir" deyə B.Paredes bildirmişdir. "Röyter" agentliyi qeyd edir ki, müxalifətçilərin dediklərinin təsdiq ediləcəyi təqdirdə, hazırda Meksika ştatının qubernatoru olan Enerike Penyi Nyettonun reytinqi artacaqdır. Xatırladırıq ki, bu şəxs vaxtilə Meksika siyasətinin "doğan ulduzu" hesab edilirdi. Məhz onu hazırda iqtidarda olan prezident Felepe Kalderonun siyasi rəqibi hesab edirlər. Müxalifətçilər 2012-ci ildə keçiriləcəyi nəzərdə tutulan prezident seçkilərinə onun namizədliyini irəli sürməyi nəzərdə tutmuşlar.

Digər xəbərlər