PDF Oxu

Dünya

  • 15

Komorovski liderliyi ələ alıb

Komorovski liderliyi ələ alıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Polşa parlamentinin spikeri Bronislav Komorovski Polşada keçirilən prezident seçkilərində liderliyini özünə qaytarmışdır. Polşanın Dövlət Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 80,4 faizi yoxlanıldıqdan sonra B.Komorovskinin 51,32 faiz seçici səsi qazandığı məlum olmuşdur. Bülletenlərin 51,5 faizi yoxlandıqdan sonra, "Qanun və Ədalət" partiyasının lideri Yaroslav Kaçinskinin 48,68 faiz seçici səsi topladığı məlum olmuşdur. Bir neçə saat əvvəl verilən məlumata görə, Y.Kaçinski 50,41 faiz səs topladığı zaman B.Komorovski 49,59 faiz seçici səsi ilə rəqibindən geri qalırdı. Prezident seçkilərinin ikinci turu iyulun 4-də keçirilmişdir. Birinci tur isə, iyunun 20-də keçirilmişdi. Seçkidə on namizəd təmsil olunmuşdu. Ancaq namizədlərin heç biri 50 faizlik baryeri aşa bilməmişdi. İkinci tura isə B.Komorovski və Y.Kaçinski keçmişdi. Birinci turda rəqiblər arasındakı fərq 5 faizə bərabər olmuşdu.

Digər xəbərlər