PDF Oxu

Dünya

  • 11

Meksika sərhədində 21 nəfər həlak olub

Meksika sərhədində 21 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Meksika və ABŞ sərhədinə mühacirlərin qeyri-leqal surətdə sərhəddən keçirilməsi ilə məşğul olan bir neçə cinayətkar qruplar arasında baş vermiş atışma nəticəsində 21 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır. İnsident ABŞ-ın Arizona ştatının Noqales şəhərinin 20 kilometr sərhədə yaxın ərazisində baş vermişdir. Xatırladırıq ki, Meksikanın Noqales şəhəri ABŞ-ın Noqales şəhəri yaxınlığında yerləşir. Qeyri-leqal surətdə ABŞ ərazisinə keçirilən mühacirlər və narkotik maddələr də məhz bu şəhərlər arasından keçirilir. Meksika polisi 10 nəfəri həbs etməyə nail olmuşdur. Onların 6 nəfəri yaralı halda ələ keçmişdir. Bundan başqa, Meksika polisi 8 avtomobil və 7 ədəd odlu silah da ələ keçirmişdir. Rəsmi məlumata görə, öldürülənlərin hamısı cinayətkar qruplaşma üzvləri olmuşdur. ABŞ və Meksikanın bu ərazisində cinayətkar qruplaşma üzvlərinin toqquşmaları tez-tez baş verir. Bunu nəzərə alan ABŞ-ın rəsmi dairələri mühacirət qanunu qəbul etmiş və bu ərazidə baş verən toqquşmalar cinayət hadisələri kimi qəbul edilmişdir.

Digər xəbərlər