PDF Oxu

Dünya

  • 11

Krımda Çinə casusluq edən Rusiya vətəndaşı həbs edilib

Krımda Çinə casusluq edən Rusiya vətəndaşı həbs edilib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Krımın Apelyasiya Məhkəməsi Çinə casusluqda ittiham edilən Rusiya vətəndaşını azadlıqdan məhrum etmişdir. Prokurorluq əldə edilmiş dəlillərin yetərli olduğu qərarını qəbul etmiş və müttəhimi 8 il azadlıqdan məhrum etmişdir. Cinayət işi Ukraynanın Cinayət Məcəlləsinin birinci hissəsinin 114-cü maddəsi əsasında açılmışdır. Burada, söhbət, əsasən, casusluqdan gedir. Həbs edilən Rusiya vətəndaşı dövlət sirlərini Çin nümayəndələrinə ötürdüyünə görə 2009-cu ilin iyulunda saxlanılmışdır. Həbs olunan şəxsin adı və soyadı haqda açıqlanma verilmir. 2010-cu ilin mayında Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın Federal Xidmət Bürosunun əməkdaşı Vladimir Aleksandrovun casusluq maddəsi ilə saxlandığını bildirmişdilər. 2009-cu ilin fevralında Ukrayna Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Valentin Nalivayçenko casusluq maddəsi ilə Rusiya Federal Xidməti Bürosunun 5 zabitinin Odessa vilayətində saxlandığını bildirmişdi.

Digər xəbərlər