PDF Oxu

Dünya

  • 13

Lohar məscidi yaxınlığında 41 nəfər həlak olub

Lohar məscidi yaxınlığında 41 nəfər həlak olub
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın Lohar şəhərindəki baş sufi məscidi yaxınlığında baş vermiş bir neçə partlayış nəticəsində 41 nəfər həlak olmuş, 120 nəfər yaralanmışdır. Partlayışlardan üçü iyulun 1-də Loharın mərkəzi hissəsində məsciddə yüzlərlə adamın olduğu bir vaxtda baş vermişdir. Yerli polisin məlumatına görə, terror aktlarını kamikadzelər törətmişlər. Birinci kamikadze partlayışı məscidin giriş hissəsində işə salmışdır. Digər iki kamikadze isə özlərini məscidin içərisində partlatmışlar. "Frans Press"in məlumatına görə, haqqında söhbət gedən məscid ətrafında törədilmiş iki partlayış nəticəsində 37 nəfər həlak olmuş, 175 nəfər bədən xəsarəti almışdır. Polis əməkdaşları hadisə yerində kamikadzelərin qalıqlarını aşkar etmişlər. Hazırda terrorçuların ciddi surətdə mühafizə edilən məscidə partlayıcı qurğuları necə keçirdikləri araşdırılır. Xatırladırıq ki, cümə axşamı silahlılar Loharın yerli xəstəxanasına hücum etmişlər. Polis və mühafizəçilər arasında baş vermiş atışma nəticəsində 12 nəfər həlak olmuşdur. Ölənlərin əksəriyyəti hüquq-mühafizə orqanı əməkdaşları olmuşlar. 30 nəfərədək tibb xidməti əməkdaşı və xəstə bədən xəsarəti almışdır.

Digər xəbərlər