PDF Oxu

Dünya

  • 9

Kürdlərlə qarşıdurma zamanı 16 nəfər həlak olub

Kürdlərlə qarşıdurma zamanı 16 nəfər həlak olub
"Forans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 1-nə keçən gecə Türkiyənin cənubi-şərqində ölkənin təhlükəsizlik qüvvələri ilə kürd separatçıları arasında qarşıdurma yaranmışdır. Separatçıların 12 nəfəri məhv edilmişdir.
İnsident Siirt əyalətində baş vermişdir. Kürdüstan Fəhlə Partiyası (PKK) silahlı qüvvələrinin bir qrupu Türkiyə hərbçilərinə hücum etmişdir. Atışma zamanı hərbi qulluqçulardan biri həlak olmuşdur. Bundan başqa, ölkənin milli təhlükəsizlik qüvvələrinin tərkibində xidmət edən üç kürd milisi də öldürülmüşdür. "Anatolia" agentliyinin məlumatına görə, hücumdan dərhal sonra Türkiyə ordusu xüsusi əməliyyat keçirmişdir. Nəticədə 12 PKK separatçısı məhv edilmişdir.
Kürdüstan Fəhlə Partiyası 1978-ci ildə yaradılmışdır. Onlar Türkiyə, İran və Suriya ərazilərində öz müstəqil dövlətlərini yaratmaq istəyirlər. Türkiyə ordusu və kürd separatçıları arasında silahlı konflikt 1984-cü ildən başlanmışdır. Türkiyə hökumətinin məlumatına görə, o vaxtdan indiyədək ölənlərin sayı 45 min nəfərdən çox olmuşdur. 19-24 iyunda PKK terrorçularının Türkiyə ordusuna hücumları nəticəsində 20 hərbi qulluqçu və iki dinc ölkə sakini öldürülmüşdür.

Digər xəbərlər