PDF Oxu

Dünya

  • 16

Kristian Vulf üçüncü cəhddə Almaniya prezidenti seçilib

Kristian Vulf üçüncü cəhddə Almaniya prezidenti seçilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, sağ iqtidar koalisiyasının namizədi Kristian Vulf Almaniya prezidenti seçilmişdir. Almaniyada prezident seçkiləri iyunun 30-da keçirilmişdir. K.Vulfun qalib gəlməsi üçün səsvermənin üç turu keçirilmişdir. Xatırladırıq ki, Almaniya prezidenti 1224 nəfər Federal Yığıncağın üzvlərinin səs vermələri ilə seçilir. 1224 nəfərin 612-sini Bundestaq deputatı, 612 nəfərini isə federal torpaq nümayəndələri təşkil edir. İlk iki turda namizədin qalib gəlməsi üçün mütləq 623 səs toplaması lazımdır. Üçüncü turun qalibi isə sadə səsvermə vasitəsilə müəyyən edilir. K.Vulf üçüncü turda 625 səs qazanmağa nail olmuşdur. Seçkilərin ilk iki turunda K.Vulfun namizədliyi sağ koalisiya başçısı və Almaniya kansleri Angela Merkel tərəfindən irəli sürülmüşdür. Həmin turlarda K.Vulf vacib 623 səs toplaya bilməmişdir. Birinci turda o, 600, ikinci turda isə 615 seçici səsi qazanmışdır. K.Vulfun prezident postu uğrunda mübarizədə başlıca rəqibi Almaniya Sosial-Demokrat Partiyası və "Yaşıllar"ın namizədi İohim Qauk olmuşdur. İ.Qauk birinci turda 499, ikinci turda isə 490 səs qazanmışdır. Almaniya prezidenti 5 il müddətinə seçilir. K.Vulfdan əvvəl bu postu sağ iqtidar koalisiyasını təmsil edən Xorst Keler tutmuşdur. 2010-cu ilin 31 mayında X.Keler prezident postunu vaxtından əvvəl tərk etməli olmuşdur. Onun Almaniyanın xarici siyasəti haqda işlətdiyi bir neçə ifadə həm partiya üzrə həmkarları, həm də müxalifətçilər tərəfindən sərt reaksiya ilə qarşılanmışdır.

Digər xəbərlər