PDF Oxu

Dünya

  • 11

"HƏMAS" liderinin oğlu ABŞ-da sığınacaq tapıb

"HƏMAS" liderinin oğlu ABŞ-da sığınacaq tapıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İordan çayının Qərb sahilində fəaliyyət göstərən "HƏMAS" hərəkatının lideri Şeyx Həsən Yusifin oğlu Musab Həsən Yusif iyunun 30-da ABŞ rəsmi dairələrinin dəstəyi ilə siyasi sığınacaq almışdır. Xatırladırıq ki, Musab Həsən Yusif İsrail kəşfiyyatı ilə əməkdaşlıq etmişdir. Musab Yusifin məsələsi ilə əlaqədar San-Diyeqoda keçirilən məhkəmə yığıncağı cəmi 15 dəqiqə çəkmişdir. Əvvəl kiçik Yusifin ABŞ-da yaşaması məsələsinə ölkənin Milli Təhlükəsizlik Nazirliyi razılıq verməmişdi. Ancaq məhkəmə prosesinin getdiyi vaxt nazirlik öz etirazını geri götürmüşdür. ABŞ hökumətinin nümayəndəsi məsələyə heç bir münasibət bildirməmişdir.

Digər xəbərlər