PDF Oxu

Dünya

  • 10

"Taliban"çılar NATO-nun bazalarından birinə hücum ediblər

"Taliban"çılar NATO-nun bazalarından birinə hücum ediblər
"Frans Press" informasiya agentliyinin iyunun 30-da yaydığı məlumata görə, "Taliban" hərəkatı silahlıları NATO-nun Əfqanıstandakı koalisiya qüvvələrinin ən iri bazalarından birinə hücum etmişlər.
"Assoşieyted Press"in verdiyi xəbərə görə, iyunun 30-da səhər NATO-nun bazasının darvazası önündə içərisinə partlayıcı qurğu bərkidilmiş avtomobil partladılmışdır. Partlayışdan sonra bir qrup silahlı koalisiya qüvvələri ilə atışmağa başlamışlar. İSAF nümayəndələrinin məlumatına görə, 8 silahlı öldürülmüşdür. Hücumun məsuliyyətini üzərinə götürən"Taliban" hərəkatı nümayəndələri Əfqanıstanın Cəlalabad şəhərində dislokasiya edilmiş NATO bazasına hücum zamanı 30 nəfərdən çox əsgər öldürülmüşdür. "Assoşieyted Press" bu məlumatın şişirdildiyini bildirir. İSAF nümayəndələri itkilər haqda məlumat verməmişdir.
Əfqanıstanın şimali-şərqində yerləşən Cəlalabad şəhərindəki hərbi aeroport koalisiya qüvvələrinin həcminə görə, üçüncü nəhəng bazası hesab edilir. Qəndəhar və Bəhram ərazilərində yerləşən hərbi bazalar həcmcə daha böyükdürlər. "Frans Press"in məlumatına görə, son vaxtlar bazaların hər üçü "Taliban" silahlılarının hücumuna məruz qalır.

Digər xəbərlər