PDF Oxu

Dünya

  • 9

Livanda İsrail casusu həbs edilib

Livanda İsrail casusu həbs edilib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 29-da Livan polisi İsrailin xeyrinə casusluqda ittiham edilən bir nəfəri həbs etmişdir. İstintaqın gəldiyi nəticəyə görə, həmin şəxs 15 il ərzində casusluq fəaliyyətini davam etdirmişdir. Adı çəkilməyən və yaşı göstərilməyən kişi Livanın nəhəng kompaniyalarından birində çalışmışdır. Livanın rabitə naziri Çerbel Nahhasın dediyinə görə, həbs edilmiş şəxs kompaniyada yüksək vəzifə postu tutmasa da, məxfi informasiyaya çıxış tapa bilərdi. Livan və İsrail rəsmən müharibə vəziyyətindədir. Livanın xüsusi xidmət orqanı əməkdaşları ildə bir neçə dəfə İsrail casusu həbs etdiklərini bəyan edirlər. 2010-cu ilin fevralında 6 nəfər casusluqda ittiham edilərək, həbs edilmişdir. Onların İsrailə məxfi informasiyalar ötürdükləri bildirilirdi.

Digər xəbərlər